Cookies managing
We use cookies to provide the best site experience.
Accept All
Cookie Settings
Cookies managing
Cookie Settings
Cookies necessary for the correct operation of the site are always enabled.
Other cookies are configurable.
 

ÜZVLÜK

RAYS Üzvlüyü
RAYS bir çox azərbaycanlı müğənnilər, ifaçılar və fonoqram istehsalçıları tərəfindən həm Azərbaycanda, həm də bütün dünyada onların maraqlarını təmsil etmək və onların adından qonorarları yığmaq səlahiyyətinə malikdir.
Üzvlərimiz
RAYS istedadlı müğənnilərə, ifaçılara və fonoqram istehsalçılarına onların musiqilərinin ictimai yerlərdə ifa edilməsi və yayımlanması ilə bağlı ədalətli qonorarın alınması üzrə dəstək olmaq üçün qeydiyyatdan keçib. İstənilən müğənni, ifaçı və fonoqram istehsalçısı heç bir əlavə xərc çəkmədən üzv ola bilər, çünki, üzvlük ödənişsizdir. Üzvlərimiz ölkənin ən məşhur ifaçılarından tutmuş yeni fəaliyyət göstərən müğənnilərə qədər dəyişkənlik göstərir.
Üzvlərimizə ödəniləcək yerli qonorarlar
Yerli qanunvericiliyə və qeydiyyat (akkreditasiya) haqqında şəhadətnaməyə uyğun olaraq, RAYS televiziya, radio, HoReCa, ticarət obyektləri və digər biznes sektorları daxil olmaqla, bütün qeydə alınmış musiqi istifadəçilərindən qonorar yığmaq imkanına malikdir. Hər bir hüquq sahibinin istifadə edilən musiqi əsərlərinin sayını nəzərə alaraq, bütün yığılmış qonorarları müvafiq hüquq sahiblərinə RAYS tərəfindən bölüşdürülür.
Üzvlərimizə ödəniləcək beynəlxalq qonorarlar
Yerli qonorarların yığılması ilə yanaşı, RAYS bütün dünyada yerli ifaçılar və musiqili əsərin hüquq sahibləri adından qonorar yığmaq səlahiyyətinə malikdir. Biz lisenziya vermə imkanına malik olan və bu məqsədlə qonorarların yığılması üzrə yerli dövlət orqanları tərəfindən səlahiyyətləndirilmiş əmlak hüquqlarını kollektiv əsasda idarə edən xarici təşkilatları ilə müqavilələr imzalayırıq.
KİM ÜZVLƏRİMİZ OLA BİLƏR?

İFAÇILAR
FONOQRAM İSTEHSALÇILARI
HÜQUQ SAHİBLƏRİ
© 2024 RAYS - Rəqəmli və Audiovizual
Yayım Sənayesi
ƏLAQƏ
Səməd Vurğun küç., 25
Baku Residence, Ofis 63
Bakı, Azərbaycan

[email protected]